Neft Fondu VTB-nin 15-20 milyardlıq səhmini alıb

Bankın rəhbəri: 'Bu misilsiz razılaşmadır'

2013-05-23 08:25:55
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Rusiyanın ən böyük banklarından biri olan VTB-nin səhmdarlarından biri olub.

ANS PRESS-in məlumatına görə, "Vestnik Kafkaza" saytının yaydığı məlumata görə, ARDNF Moskva fond birjasında bankın 15-20 milyardlıq səhmini əldə edib.

Rusiya bankı ümumi dəyəri olan 102,5 milyard rublluq aksiyaların təkrar yerləşdirməsini həyata keçirmişdi. Bankın kapitallaşdırılmaya qədərki olan prosesini prezident Vladimir Putinə bankın rəhbəri Andrey Kostin məlumat verib.

Onun sözlərinə görə, "bu misilsiz razılaşmadır və o anlaşmanın bütün həcmi RF-də satılıb və Moskva birjasında kapitallaşdırılıb".

Görüşdə Kostin qeyd edib ki, təkrar səhmlərin yerləşdirilməsinə görə narahatlıq keçiriblər. "Düzdür biz narahat idik. Çünki bir çox ekspertlər bizə bunun uğursuz olacağını demişdi. Onun sözlərinə görə, hər şey optimal ssenari üzrə gedib.

"Bank VTB"nin Müşahidə Şurası açıq abunə yolu ilə hər bir əlavə səhm üçün dəyəri 0,041 rus rublu olan əlavə 2,5 trilyon əlavə səhmlərin buraxılması yolu ilə 102,5 milyard rus rublu həcmində kapitala əlavə vəsaitlərin cəlb olunması haqqında qərar qəbul etmişdi.

Neft Fondunun ümumi investisiya portfelininin ümumi dəyəri 2013-cü ilə 25,2 milyard manat dəyərində müəyyən edilib. Ötən ilin sonunda o, 23 milyard dollar dəyərində proqnozlaşdırılmışdı.