İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb

Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

2022-04-26 16:29:49

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı nəticəsində son sutkada 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Bildirilib ki, "Pəncə Kilid" əməliyyatının keçirildiyi ərazidə terrorçuların hərbçilərə raket hücumu nəticəsində 2 əsgər - Yunus Kalkan və Fırat Canlı şəhid olub. Yaralı hərbçilər hospitala yerləşdiriliblər.