Fevralın 25-i və 26-sı ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

Bununla bağlı Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.

2022-02-15 09:37:20

Fevralın 25-i və 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının otuzuncu ildönümünə həsr ediləcək.

Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər (ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi və s.) keçiriləcək, soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil olunacaq.