Türkiyə nümayəndə heyəti İsraildə səfərdədir

Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

2022-02-17 12:03:36

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal İsraildə səfərdədir.

İ.Kalın bildirib ki, səfər 2010-cu ildən bəri davam edən gərginliyin azalması üçün xüsusi əhəmiyyətlidir: “Məqsədimiz Fələstin məsələsi ilə bağlı regional sabitliyi təmin etməkdir”.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti ötən gün Fələstində səfərdə olub.

Xatırladaq ki, İsrail Prezidenti İsaak Hersoqun martın 9-da Türkiyəyə səfəri planlaşdırılır.