Rusiya ilə Ukrayna arasında müharibə başladı

'Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil'

2022-02-24 10:26:36

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib.

Onun sözlərinə görə, mövcud şərait Rusiyadan bu addımı atmağı tələb edir.

O qeyd edib ki, Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil:

“Ukrayna hərbçilərinə müraciət etməliyəm, siz xalqa and içdiniz, sizi dərhal silahlarınızı yerə qoymağa çağırıram”.