“Naxçıvan” Sərhəd Diviziyasında döyüşə hazırolma həftəsi - VİDEO

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında 2022-ci yeni tədris ilinin döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib.

2022-02-04 21:21:06

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında 2022-ci yeni tədris ilinin döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib.

Timeturk.az xəbər verir ki, yeni tədris ilinin ilk həftəsində “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələr öyrənilir, tapşırıqlar dəqiqləşdirilir və bölmələr müxtəlif variantlar üzrə məşq etdirilir.

2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında bölmələrin həyəcan siqnalı ilə qaldırılması və cəmləşmə rayonlarına çıxarılması üzrə məşqlər keçirilir.

Məşqlər zamanı əsas diqqət sərhəd bölmələrinə verilən müdaxilələrin və qəfil ortaya çıxan tapşırıqların çevik şəkildə icrasına yönəldilib.