Bakıda sərnişin avtobusu daha bir ağır qəza törətdi: ölən və yaralananlar var

Qəza törədən sərnişin avtobusu 161 saylı xətt üzrə hərəkət edirmiş

2013-05-23 08:24:51
Ötən gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesində Aslan Əliyev idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə 2 nəfəri vurub.

Nəticədə piyadalardan 1961-ci il təvəllüdlü Balabəy Qasımov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər piyada 1971-ci il təvəllüdlü Xanbala Mirzəyev isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, piyadaları vurmuş sərnişin avtobusu 161 saylı xətt üzrə hərəkət edirmiş. Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.