Mövlud Çavuşoğlu: 'Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır'

2022-07-04 10:44:39

“NATO sammitindən bir neçə gün əvvəl Finlandiya və İsveç tələblərimizi qəbul etdi. Amma bəzi məsələlərdə fikir ayırılıqları var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Madriddə müzakirələr davam etdi. Prezidentimiz Türkiyənin qırmızı xətlərini açıqladı. PKK NATO-nun terror siyahısındadır. İlk dəfə olaraq, YPG/PYD də NATO sənədlərinə düşdü. Finlandiya və İsveç NATO-ya üzvlük məsələsində Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlığına hörmət etməlidir”, - o söyləyib.