Məmmədyarov və Lavrov “Eurovision”dakı xal qalmaqalını müzakirə ediblər

Rusiyanın xarici işlər naziri və Azərbaycanlı həmkarı Elmar Məmmədyarov Moskvadakı danışıqlarında “Eurovision”da xalların verilməsi ətrafında yaranmış qalmaqalı müzakirə ediblər.

2013-05-21 12:22:45
ANS PRESS xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in Facebook səhifəsində yerləşdirilib.

Rusiya XİN-dən RİA “Novosti”yə bildiriblər ki, Elmar Məmmədyarov Rusiyaya Azərbaycandan verilən səslərin qeydə alınmaması ilə bağlı izahat verib.