Azərbaycan 3 erməni əsgərini üçüncü ölkəyə təhvil verib
Bu barədə İtkin Düşmüş və Girov Götürülmüşlərlə İş üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verib
Könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan ordusunun 3 əsgəri üçüncü ölkəyə göndərilib. Bu barədə məlumatı ANS-ə İtkin Düşmüş və Girov Götürülmüşlərlə İş üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılov verib.
Onun sözlərinə görə, 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçən Qrant Markosyan, Rafik Tevosyan, Vartan Sarkisyan öz xahişləri ilə bu yaxınlarda BMT-nin də vasitəçiliyi ilə üçüncü ölkəyə göndəriliblər.
Şahin Sayılov qeyd edib ki, hazırda Azərbaycanda Ermənistanın 3 hərbi və 6 mülki əsiri var. Ermənistanda isə iki hərbçimiz, Azərbaycan ordusunun kiçik çavuşları ötən il avqustun 27-də əsir düşmüş Roman Hüseynov və 2009-cu il mayın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Anar Hacıyev əsirlikdədir.
Qeyd edək ki, bu gün Azərbaycandakı bir mülki əsirin müqabilində bir azərbaycanlı hərbi əsirin qaytarılması baş tutacaq. Bu gün Ağdam rayonu ərazisində həyata keçiriləcək mübadilə prosesi zamanı 2009- cu il mayın 10-da Füzuli rayonu ərazisində əsir düşmüş Azərbaycan ordusunun əsgəri Anar Xanbaba oğlu Hacıyev Azərbaycana, eləcə də 2009-cu il mayın 9-da Gədəbəy rayonunun Göyəli kəndinin sakinləri tərəfindən saxlanılmış mülki şəxs Artur Qrişayeviç Badalyan Ermənistan tərəfə təhvil veriləcək.
ANS TV