Kişilər qadınlardan çox danışırmış

Alimlər qadınların kişilərdən çox danışması barədə deyilənləri alt-üst ediblər. ANS PRESS-in 'Komsomolskaya Pravda' qəzetinə istinadən

2011-02-19 12:02:46
Alimlər qadınların kişilərdən çox danışması barədə deyilənləri alt-üst ediblər. ANS PRESS-in "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi məlumata görə, Mançestr Universitetinin psixoloqu Qeofrey Biti qadın-kişi münasibətləri ilə bağlı aparılan 56 araşdırmanı tədqiq edib. Araşdırmalarda kişilərin hər gün qadınlardan daha çox sözdən istifadə etdiyi bəlli olub. Amma qadınların danışığı daha maraqlı olur, çünki onlar daha asan və sadə dillə danışırlar.

Professor könüllülərə kiçik mətnlər verib. Mətnlərdə hər 5 sözdən biri silinib. Könüllülər buraxılan sözləri təxmin etməli olublar. Kişilər qadınların boş yerə qoyması gərəkən sözləri tapmaqda çətinlik çəkiblər. Qadınlar kişilərin buraxdığı sözləri 81, kişilər isə 71 faiz doğru təxmin edə biliblər.

Alimin sözlərinə görə, kişilər lazım olandan daha çox və simvolik kəlmələrdən istifadə edirlər. Onların danışığında çox zaman yeni məlumat olmur. Qadın və kişilərin eyni miqdarda sözdən istifadə etdiyi yeganə mövzu isə onların münasibətləri haqqında olanlardır.
ANSPRESS