Bakıda səfirin maşını qəzaya düşdü

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

2022-02-05 13:50:36

 “Report”un əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.