Bu günə qədər amnistiya tətbiq edilənlərin sayı AÇIQLANDI

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. 

2022-02-15 15:02:03

Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən 12 570 nəfərə amnistiya tətbiq edilib.

Bildirilib ki, proses “8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı çərçivəsində həyata keçirilib.

Amnistiya onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3 630 nəfərin isə cəzası azaldılıb.