Avropa Parlamentinin yeni sədri seçiləcək

2022-01-14 15:16:05

Avropa Parlamentinin (AP) yanvarın 18-i keçiriləcək plenar sessiyası çəvçivəsində Aİ-nin qanunverici assambleyasına yeni sədr seçkisi keçiriləcək.

Timeturk.com xəbər verir, bu barədə AP-nin rəsmi nümayəndəsinin müavini Delfin Kolyar məlumat verib.

Onun sözlərinə görə, namizədlərin siyahısı yanvarın 17-si açıqlanacaq.

Xatırladaq ki, Avropa Parlamentinin sədri 2,5 il müddətinə seçilir.