Ermənilər Qarabağda hərbi məktəb tikirlər

Burada Azərbaycan dilində mükəmməl danışıq və yazı vərdişləri öyrədiləcək

2013-05-23 13:42:51
Ermənilər işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi lisey tikirlər.

Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, lisey Xankəndi yaxınlığında, Ağdərə rayonu ərazisində inşa olunur. Hərbi lisey tikintisi ideyası Rusiyada yaşayan erməni iş adamı Levon Ayrapetyana məxsusdur.

Həmin hərbi məktəbdə müdavimlərə İngilis və Rus dilləri ilə yanaşı, Azərbaycan dilində də mükəmməl danışıq və yazı vərdişləri öyrədiləcək.