20 yaşlı gənc ürəyindən bıçaqlandı

Hacıqabul rayonunda qətl hadisəsi baş verib.

2013-05-23 14:46:58
25 yaşlı Mehman Abdullayev, aralarında baş vermiş şəxsi münaqişə zəminində öz həmyerlisi 20 yaşlı Nizami Zalova ürək nayihəsindən bıçaqla zərbə endirib. Zərərçəkən elə hadisə yerindəcə dünyasını dəyişib. Baş vermiş hadisə ilə bağlı əməliyyat tədbiri keçirən Hacıqabul polisi cinayətkarı yaxalayıb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 48 dəfə oxundu