Yeni media şəbəkəsi yaradılır

Qara Dəniz ölkələrinin media nümayəndələrinin şəbəkəsinin yaradılması haqqında razılığa gəlinib.

2013-05-22 14:35:27
Yeni şəbəkənin yaradılmasında əsas məqsəd Qara Dəniz ölkələrinin QHT-lərinin Forumunun işinə dəstək olmaqdır. Bu şəbəkə çərçivəsində Qara Dəniz ölkələrinin jurnalistlərinin fəaliyyətlərini əlaqələndirmək, onların iş birliyinə nail olmaq, həm Azərbaycan QHT-lərini təbliğ etmək, həm də region QHT-ləri arasında əlaqələrin daha da dərinləşməsinə kömək etməkdir. Şəbəkənin köməyilə QHT-lərin Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsinə yönələn fəaliyyətlərinə informasiya dəstəyi veriləcək.  

Qeyd edək ki, ötən ilin sonunda Bakıda Qara Dəniz ölkələrinin QHT-lərinin II forumu Forumu keçirilib. Bu günlərdə həmin forumun Ankarada keçirilən növbəti toplantısında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev yenidən təşkilatın prezidenti seçilib.
Ankara Forumunda Azərbaycan tərəfindən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, Türkiyə təmsilçisi kimi “Ekoavrasiya” jurnalının redaktoru xanım Yeşim Özcan yeni şəbəkənin əlaqələndiricisi olmağı razılaşdırılıb.

Qeyd edək ki, Tərəfsiz Jurnalilər Birliyi hazırda “Qara Dəniz ölkələrinin QHT-ləri arasında əlaqələrin gücləndirilməsində medianın rolunun artırılması” layihəsini icra edir. Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi bu ilin iyulun sonuna qədər şəbəkəni daha da genişləndirmək, burada 30-a yaxın ölkənin mətbuatının nümayəndəsinin iştirakını təmin etmək, şəbəkəni beynəlxalq jurnalist qurumuna çevirməyi planlaşdırır.