Nazir: “Əkin sahələrinə dəymiş ziyan qiymətləndirilir“

Kənd Təssərüfatı Nazirliyi ölkənin bir sıra rayonlarında güclü yağışlar nəticəsində əkin sahələrinə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işlər aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təssərüfatı naziri İsmət Abasov bildirib.

2013-05-22 14:49:12
Onun sözlərinə görə, bununla bağlı olaraq nazirliyin yerli komissiyaları işləyir:

"Zərərin konkret həcmi barədə danışmaq hələ tezdir. Biz məhsul yığımını vaxtında və minimum itkilərlə başa çatdırmaq üçün bütün lazımı tədbirləri görməliyik".

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət kompensasiyasının verilməsi nəzərdə tutulmayıb: "Heç bir kompensasiya nəzərdə tutulmayıb. Əgər bu ərazilər sığortalanıbsa, onda ödənişləri sığorta şirkətləri həyata keçirəcək".