İlham Əliyev və Serj Sarkisyan iyunun 12-də görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyunun 12-də Avstriyanın Zaltsburq şəhərində görüşəcəklər.

2013-05-22 14:36:33
SalamNews-un Ermənistan KİV-lərinə itinadla verdiyi xəbərə görə, bu barədə “Qraparak” qəzeti yazıb.

Məqalədə deyilir: “İyun xarici siyasət baxımından Ermənistan üçün fəal ay olacaq. İyunun 12-də Ermənistanın dövlət başçısı Serj Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün baş tutacağı istisna edilmir. ATƏT-ə sədrlik edən Ukraynanın görüşün məhz onun ərazisində keçirilməsini istəməsinə baxmayaraq, görüş, çox güman, Zaltsburqda keçiriləcək. İyunun 23-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Səfərin məqsədi prezidentlərin görüşünə hazırlıqdır.”