Rövnəq Abdullayev Türkiyəyə 17 milyard ayırdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ilə kimi Türkiyəyə 17 milyard dollar sərmayə qoyacaq.

2013-05-21 11:51:50
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə neft-kimya şirkəti PETKİM-in İdarə Heyətinin sədri Vaqif Əliyev danışıb. Onun sözlərinə görə, investisiyanın 7-8 milyard dolları Türkiyənin ilk kimya sənaye parkı olacaq “Value-Site”nin tikintisinə sərf olunacaq.