Xarici ölkələrdə başqa xalqların xalçası kimi təqdim olunan xalçalarımız var

Fatimə Ağamirzəyeva

2011-12-26 12:38:00




Quba jurnalının Azərbaycanın Norveçdə mədəniyyət səfiri titulu və nişanını ilə təltif edilən həmyerlimiz Fatimə Ağamirzəyeva ilə müsahibə
 
Şərqdə Azərbaycan xalçaçılıq sənəti özünəməxsusluğu ilə seçilib. Fikrinizcə Azərbaycan xalçaçılığını və Azərbaycan xalçalarını digər xalçaçılıq məktəblərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır ?
 
Dünyada xalça 3 qrupa bölünür:
1) Orta Asiya (cəmi 7 kompozisiya var)
2) Fars xalçası ( cəmi 14 kompozisiya)
3) Azərbaycan xalçası ( 148 kompozisiya var)
Bunlardan 97 kompozisiya tək Qubaya məxsusdur. Azərbaycan qədim etnik və azsaylı xalqlara məxsus ölkədir. Hər bir xalqın öz geyimləri, inancları və fərqli xüsusiyyətləri ilə xalçada danışmışlar. Yuxarıda qeyd etdiyim kimi texnologiyası, təbii boyağı və kompozisiya zənginliyi. Bu sənət bir müqəddəs simvol oldu bu xalq üçün Azərbaycan xalçası insanı yormur.
 
Fatimə xanım bir çox hallarda Azərbaycan xalçaları dünya muzeylərini bəzəməkdədir. Dünya muzeylərində Qubaya məxsus xalça nümunələri varmı?
 
Azərbaycan xalçaları dünya muzeylərində var, xüsusən London muzeylərində... Lakin bu hələ azdır. Sovetlər qurulanda Rusiyaya daşınan, daşnakların evlərdən çıxartdıqları, xan saraylarındakı xanlıq xalılarının aqibətlərini soran olmadı. Xarici ölkələrdə başqa xalqların xalçaları kimi təqdim olunan xalçalarımız var. Xalçalarımız kolleksionerlərin kolleksiyalarını bəzəyir. Nağıl dili ilə desək əlimizə dəmir əsa, ayağımıza dəmir çarıq geyinib axtarışa çıxmaq lazımdır.
Azərbaycan xalçaları çox vaxt Zaqafqaziya xalçaları kimi təqdim olunur. Hətta bu yaxınlarda youtube - da ermənilərin dünyanın bütün xalçalarını Üzeyir Hacıbəyovun musiqisi altında öz xalçaları kimi nümayiş etdirməsinin şahidi oldum, ən çoxu da Azərbaycan xalçası idi
 
 
 
Fatimə xanım xalçaçılıq sənətində yetərincə təcrübəyə sahibsiniz. Qubada bu sənətə mey sovetlər dönəmi daha çox idi yoxsa müstəqillik illərindən sonra ?
 
Qubada bu sənəti həmişə seviblər. Sovetlər dövründə xalçaçılara dövlət dotasiyaları var idi. Beynəlxalq bazarlarda xalça yaxşı satılırdı. Sonralar professionallar bu sahədən uzaqlaşdırıldı. Xalçada süni kompozisiyalar, süni saplar, texnologiya pozğunluğu yarandı. Bu zəngin sənət dünyasını adi istehsalata çevirdilər. Sonunda 1974 - 1976-cı illərdə Azərbaycan xalçası beynəlxalq bazarda mənfi rəy aldı. Xalçaçılar sənətkar yox adi fəhlə sayıldı və gün-gündən vəziyyət ağırlaşdı.
 
Fikriniczə əhalidə bu sənətə marağın artırılması üçün nə kimi addımlar atmaq lazımdır?
 
Bunun üçün silsilə tədbirlər planı hazırlanmalıdır. Çində robotların toxuyub əl xalçası adı ilə satılan ticarətin qarşısı alınmalıdır. Bu Azərbaycan xalçasına son baltasının vurur, beynəlxalq bazarda mənfi rəyi formalaşdırır. Ölkədə təbii boyaq bitkilərinin qorunması və sair işlər görülməlidir. İllərdir bu məsələləri qaldırırıq lakin təəssüf olsun ki eşidən olmur.
 
 
 
 
 
Fatimə xanım son olaraq . dünya təcrübəsində xalçaçı qadınlarla yanaşı xalça kiçilərə də rast gəlmək olur. Amma bizdə nədənsə, bu sənətdə olanların bir çoxu qadındır. Fikrinizcə xalçaçılıq qadın sənətidir yoxsa kişilər də bu işdə başarılı ola bilər?
 
Azərbaycanda çox qədimlərdən xalçanı həm qadınlar həm də kişilər toxuyub. Hətta hökmdarlar arasında da xalça toxucuları olub. Azərbaycanda xalça məktəbləri olub. Quba məktəbi, Qarabağ məktəbi, Bakı-Şirvan məktəbi və Muğan məktəbi. Rəssamlar çalışıb, boyaqçılar olub, böyük xan xalılarını kişilər toxuyub. Lakin dağ kəndlərində kişilər ağır çöl işlərini görər qadınlar isə evdə xalça toxuyardı. Sonralar isə bu Azərbaycanda qadın sənəti oldu. Amma kişilərə də uyğun və yaraşan sənət olduğu unudulmadı.