Seyful İslam Qəzzafi kimdir ?

Liviya Lideri Müəmmər Qəzzafinin ikinci arvadı Safiyyədən olan oğlu Seyful İslam Qəzzafi 1972 ci il, iyunun 25 də Liviyada anadan olub.

2011-11-19 09:31:35




Liviya Lideri Müəmmər Qəzzafinin ikinci arvadı Safiyyadan olan oğlu Seyful İslam Qəzzafi 1972 ci il, iyunun 25 dən Liviyada anadan olub. Seyful İslam , Qəzzafi hökuməti zamanı, bir çox diplomatik danışıqların aparılmasında yaxından iştirak edib və ölkədə tanınmış siyasi xadimlərdən biri olub. Ehtimallara görə, Müəmmər Qəzzafidən sonra hakimiyyətə real namizəd məhz Seyful İslam Qəzzafi idi.
 
Seyful İslam 1994 cü ildə Liviyanın Al-Fateh universitetinin mühəndislik fakültəsini bitirib və daha sonra təhsilini Vyanada davam etdirib.   


 
 
Bir müddət gündəmdə olmayan Seyful İslam 2011- ci ildə paytaxt Tripoliyə müxalifət tərəfindən edilən hücumdan sonra həm ölkə həm də, əcnəbi mediasına baş verən hadisələrlə bağlı açıqlama verib.
Seyful İslam verdiyi açıqlamalarda müxalifətin paytaxta girə bilmədiyini və ölkənin tam olaraq ordunun nəzarətində olduğunu bildirib.
Seyful İslam  verdiyi  açıqlamada  Liviyanı nə türklərə nə də, italiyalılara buraxacağını bildirib.
 
  Seyful İslamın son görüntüsü

 
2011-ci ilin fevral ayında Seyful İslamın həbsi haqqında dünya mediasında xəbərlər yer alsa da, daha sonra Seyful İslam qaçaraq azadlığa çıxır.
 
20 oktyabr 2001-ci ildə müxalifət Müəmmər Qəzzafi və oğulları Mötəsim və Seyful İslamın qətli haqda xəbərlər versə də, Seyful İslamın qətli xəbəri öz təsdiqini tapmadı. Daha sonra Əl-Cəzirə telekanalı , Seyful İslamın ölkənin qərbindəki səhrada gizləndiyini bildirdi.
 
Müəmmər Qəzzafinin qətlindən bir gün sonra Seyful İslam atasının qisasını alacağını bildirdi.
 
Hal - hazırda Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin ailəsi, Əl-Cəzairdədir.
 
TimeTürk Azərbaycan xidməti