Seyid Cəfər Pişəvəri kimdir?

13 yaşındaikən ailəsi Bakıya köçmüş, o zamankı Bakı mühiti, gənc Cəfərin gələcəkdəki həyat yolu üzərində təyinedici bir rol oynamışdır.

2011-08-16 15:36:40



Seyid Cəfər Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanda, Xalxal yaxınlığındakı Ziviyə kəndində anadan olmuşdur.
13 yaşındaikən ailəsi Bakıya köçmüş, o zamankı Bakı mühiti, gənc Cəfərin gələcəkdəki həyat yolu üzərində təyinedici bir rol oynamışdır. 
İrana döndükdən sonra "ittihad" məktəbini ən yaxşı dərəcə ilə bitirib, eyni məktəbdə müəllimlik etmişdir.
S. C. Pişeverinin istedadı daha çox realist-fəlsəfi və sərt natiqlik üslubunda özünü diqqətə çarpan olaraq ortaya qoyur. 
Jurnalistika fəaliyyətinə 1918-ci ildən sonra başlamış, daha gənc yaşlarında ikən "Azadlıq", "Yoldaş", "Kommunist", "Həqiqeə" kimi qəzetlərdə yazıları nəşr olunmuşdur.
1930-cu ildə Razılıq Şah rəhbərliyi Pişəvərini həbsə təyin edər və o ömürünün on bir ilini həbsdə keçirmiştir. Buna baxmayaraq həbsxana mühiti belə bu atəşin hatibin yazıb, yaratmaq əzmini qıra bilməmişdir.
Həbsdən çıxdıqdan sonra nəşr etdiyi "Ajir" qəzetində, bu dolğun siyasət adamının Faşizm əleyhinə mübarizəsinin ən əhəmiyyətli səhifələrini təşkil edər.
Yazarın "Bakı Töhfəsi" adıyla qələmə aldığı məqalələri və gözəli, siyasi və publisist nəsr səviyyəsinə yüksələn müvəffəqiyyətli ədəbi nümunələr olaraq qəbul ediləbilir.
S. C. Pişəvərinin ədəbi-gözəli jurnalistika fəaliyyəti, elmi-tənqidi əsərləri Azərbaycanın milli-mənəvi dəyərləri və sərvətləri xəzinəsində öz yerini tapmışdır.
"21. Azar ; İran təqvimində 9. ayın adı. Bu tarixdə Cənub Azərbaycan Türkləri İrana qarşı baş qaldırmış və milli hökumətlərini qurmuşlar.
Böyük yazar, jurnalist, ictimai mübarizə adamı Seyid Cəfər Pişəvəri,
1947-ci ildə Bakıda mahallı Bolşevik ilticanın gizli ortaqlığı və təsdiqiylə Tehrandan gəlmiş pullu qatilin - Erməni avtomobil sürücüsünün əliylə süni bir şəkildə qəza bəzəyi verilmiş "avtomobil qəzası" sonunda ortadan qaldırılmışdır.
Seyid Cəfər Pişəvərinin taleyi barədə nəvəsi İbrahim Pişəvərinin dedikləri: 
"Babam S.C.Pişəvərinin taleyinə gəlincə, burada maraqlı məqamlar var. Haqqında danışdığım idealist siyasətin axarında Pişəvəri hökuməti də olub və Pişəvəri hökumətinin həqiqi hədəfləri Moskva siyasətinin gücünə günbəgün dəyişməli olub. Yəni, bu hədəflər o qədər dəyişdirilib ki, Azərbaycan siyasi hazırlıq aparılmadan İrandan ayrılmalı olub. İndi əsərlər var ki, bu "siyasi teatrın" kökünü Moskvanın qoyduğunu sübut edir. Bütün bu siyasət Rusiyanın Xəzərdəki İran neft yataqlarına olan imtiyazları ələ keçirməsinə xidmət edib və həmin imtiyazı qazandıqdan sonra S.C.Pişəvərini də, Azərbaycan xalqını da qurban verdilər.
 
Babamın həkimi doktor Cahanşah babamın vəfatı ilə bağlı danışır ki, S.C.Pişəvəri onu görmək istədiyini deyərək, Bakıya çağırıb və burada görüşərək parka gediblər. Həkimin bildirdiyinə görə, babam sürücüsündən şikayət edib, onun xüsusi xidmət orqanları ilə əlaqəsi olmasından şübhələndiyini, dəfələrlə səbəb olmadan avtomobili yolun ortasında saxladığını və maşının xarab olduğunu deyərək, sonradan maşını sürdüyünü ona bildirib. Babam Cahanşaha özünün aradan götürülməsi istəyi olduğunu söyləyib. Doktor Cahanşah babama, belə isə, Moskvaya getməyi məsləhət bilib. Amma babam deyib ki, bu, elə Moskvanın siyasətidir və Moskvaya da getsə, nəticə birdir, aradan götürülməyi gündəmdə qalır.
Doktor Cahanşah danışır ki, üç gündən sonra S.C.Pişəvərinin guya avtomobil qəzası keçirərək xəstəxanaya düşdyünü eşidib, yanına gedib, babamın keyfi yaxşı olub və bəzi mülahizələri nəzərə alaraq, xəstəxanada qalmalı olmadığını, evə getməli olduğunu bildirib. Amma doktor deyir ki, onun bu təklifinə "hələ evə getməsinə icazə yoxdur", cavabı verilib və o, həmin cümləni xüsusi vurğu ilə bir neçə dəfə təkrar edib. Doktor Cahanşah həmin hadisənin sabahı günü Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun zəng edərək onu yanına çağırdığını deyib və maşınla xəstəxanaya yola düşdükdə S.C.Pişəvərinin vəfat etdiyini bildirib.
Dr.Cahanşah xəstəxananın həyətinə çatanda, burada Güneydən olan bir dəstə şəxs və o cümlədən S.C.Pişəvərinin xanımı onun yanına getmək üçün gözləyirmiş. Doktor Cahanşahın sözlərinə görə, M.C.Bağırov heç kimi babasının yanına qoymayıb. O, S.C.Pişəvərinin bədənində qəzadan hər-hansı xəsarət olmadığını, yalnız başının sağ hissəsində göy bir ləkə gördüyünü deyib. Bu sovet siyasət üsulu özünü Macarıstanda da, Rumıniyada da və s. yerlərdə təcrübədən çıxarıb.
Son olaraq nəticə budur ki, həmin hərəkatın məğlubiyyətinin nəticəsi olaraq, yüz minlərlə insan Azərbaycana gəlib, burada təhsil alıblar və Şimali Azərbaycanın müstəqilliyi bir daha sübut etdi ki, millət öz milli problemini Moskvanın və ya başqa bir siyasi məkanın əli ilə yox, məhz öz əli ilə həll etməlidir.
Ədəbiyyat: 1. XX əsər Cenubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. (1900-1985-ci ellər), Məqalələr məcmuəsi, Bakı, 1990.
2. Azərbaycan və Azerbaycamn demokratik qüvvələri. Bakı, 1960.
3. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. 4 dəridə, dəri 2, Bakı, 1983.
4. Cənubi Azərbaycan tarixinin oçerki. Bakı,1985.
 
adam.az