Fikrət Əmirovun nəvəsi Bakıda çıxış edəcək

Bakı Caz Mərkəzində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun nəvəsi səhnə təxəllüsü Nezrine olan Nəzrin Əfəndiyevin konserti olacaq.

2011-07-06 08:21:02


Bakı Caz Mərkəzində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun nəvəsi səhnə təxəllüsü Nezrine olan Nəzrin Əfəndiyevin konserti olacaq. ANS PRESS-in məlumatına görə, mahir piano və vokal ifaçının konserti 19 iyulda keçiriləcək.

Konsert "Culture Helpline" layihəsi çərçivəsində Belçikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və "Buta Arts Centre"in dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, Nəzrin Əfəndiyeva Brüsseldə Kral konservatoriyasının məzunudur. 2003-cü ildə İspaniyada Pianoçuların Beynəlxalq müsabiqəsinin qalibi olub.

ANSPRESS