SON HABERLER
Sol Ok
Sağ Ok
ANASAYFAGÜNDEMPOLİTİKADÜNYAGÜNCELEKONOMİYAŞAMSPORÇEVİRİSAĞLIKKÜLTÜREMLAKEĞİTİMFOTOVİDEO
Flora Xəlilzadə kimdir?
25.02.2011 12:45

Flora Xəlilzadə kimdir?

Flora Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində anadan olub.Vağədi kənd orta məktəbin

Flora Xəlilzadə 23 avqust 1955-ci ildə Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində anadan olub.Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsində oxuyub. 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi","azərbaycan" qəzetlərində işləyib. Bir muddət "Azərbaycan qadını" jurnalının redaktoru olub.Hal-hazırda "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışır.
1972-ci  ildən respublika mətbuatında publisistik və bədii yazıları dərc olunur.Peşakar jurnalist kimi mətbuatda çalışdığı 30 il müddətində yüzlərlə elm,ədəbi,publisist,tənqidi məqalələrin və 12 kitabın müəllifidir.Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin  üzvüdür.Bir çox mükafatlara laiq görülmüşdür.
1. Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı.
2. Türkiyə Diyanet Vaqfının türkdilli xalqlar arasında keçirdiyi "Peyğənbərin nəthi" yarışmasında Türkiyədə aldığı Beynəlxalq mükafat.
3. Azərbayca Jurnalistlər Birliyinin təsis etdiyi "Həsənbəy Zərdabi " mükafatı.
4. KİV həmkarlar ittifaqının "Qızıl qələm" , " Xan qızı Natəvan" , "Səməd Vurğun-90","Şərəf" və "İnam" mükafatları .
5. Respublika Mətbuat Fondunun "Dan ulduzu" mükafatı (iki dəfə).
6. "Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatı.
7. Nabat xanım adına xeyriyyə cəmiyyətinin təsis etdiyi "Nabat xanım" mükafatı.
8. "Lider" Qadınlar İçtimai Birliyinin təsis etdiyi "Salatın Əsgərova" mükafatı.
9. Yazdığı "Yolum düşə Zəngəzura" kitabına "Yeni Yazarlar və Sənətçilər Qurumu" tərəfindən 2007-ci ilin publisistik-sənədli kitabı adına laiq görülmüşdür.
10. 2007-ci ildə "Jurnalist Qadınlar Assosiasiyası" tərəfindən ilin qadın jurnalisti elan olunub.
Ailəlidir, 2oğlu 2 nəvəsi var.
adam.az



Foto Galeriler Videolar Yazarlar Günün Özeti
TİMETÜRK SON HABERLER
ÇOK OKUNANLAR
TİMETÜRK AJANS HABERLERİ
SON YORUMLANANLAR