Fars Körfəzi Əməkdaşlıq Şurasının İran əleyhinə bəyannaməsi dəyərsizdir

Prezident Mahmud Əhmədinejad bazar ertəsi İranın rəsmi xəbər telekanalı ilə yayımlanan mətbuat konfransında Fars Körfəzi ölkələri

2011-04-04 16:37:06

Prezident Mahmud Əhmədinejad bazar ertəsi İranın rəsmi xəbər telekanalı ilə yayımlanan mətbuat konfransında Fars Körfəzi ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrin İranın Bəhreynin daxili işlərinə müdaxiləsini pisləməsi ilə bağlı bəyannaməni dəyərsiz adlandırıb.
Əhmədinejad deyib ki, Fars Körfəzi Əməkdaşlıq Şurası ABŞ-ın təzyiqi altında bəyannamə yayıb. O, ərəb ölkələrinin rəhbərlərini ABŞ-dan uzaqlaşmağa çağırıb.
Ötən həftənin cümə axşamı İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyası bəyanat yayaraq Səudiyyə Ərəbistanı və BƏƏ-nin Bəhreynə hərbi qüvvələr göndərməsinə etiraz edib və bu kimi hərəkətlərin ehtimal olunun "nəticələri" ilə bağlı xəbərdarlıq edib. "Odla oynamaq Səudiyyə Ərəbistanının xeyrinə deyil", - İran parlamentinin bəyanatında deyilir.
Bundan sonra bazar günü Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin ər-Riyadda fövqəladə iclası keçirilib. İclasın sonunda müştərək bəyanat qəbul edilərək İranın Fars körfəzi ölkələrinin daxili işlərinə müdaxiləsi tənqid olunub. "İranın Bəhreynin daxili işlərinə müdaxiləsi beynəlxalq qanunlara ziddir və biz bunu pisləyirik", - Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin bəyanatında deyilir.
TREND