Rusiyadan Qarabağ mesajı: 'Biz hazırıq'

Moskva münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması üçün görüşlərin təşkilini vacib sayır

2013-05-25 10:47:17
“Rusiya Dağlıq Qarabağ nizamlamasında tərəflərin mövqelərinin yaxınlaşması üçün görüşlərin təşkilini davam etdirməyə hazırdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. Onun sözlərinə görə, Rusiya əvvəllər bu təşəbbüslə çıxış edərək, münaqişə tərəflərinin vətəndaş cəmiyyəti təmsilçiləri və ziyalıları arasında bir neçə görüşün vasitəçisi olub: “Bununla əlaqədar xüsusi nümayəndə təyin olunub. Bu, Rusiya prezidentinin beynəlxalq və humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkodur”.

Səfir tərəflər arasında görüşlərin təşkilini vacib və faydalı iş saydıqlarını vurğulayıb: “Biz buna hazırıq, tərəflərin də hazır olması lazımdır. Çox şadıq ki, Azərbaycan tərəfində bu hazırlıq mövcuddur”.