Müəllimlər İnstitutunun yeni binasında bədbəxt hadisə

21 yaşlı gənci binanın zirzəmisində cərəyan vurub

2013-05-25 10:48:29
Zaqatala rayonunda tikintidə bədbəxt hadisə baş verib. "Kanal S"ə istinadən məlumat verir ki, hadisə Azərbaycan Müəllimlər İnstitutu rayon filialının tikilməkdə olan binasında qeydə alınıb. Orada işləyən, Salyan rayon sakini, 21 yaşlı Teymur Siyasət oğlu Abbasovu binanın zirzəmisində cərəyan vurub və nəticədə o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının köhnə binası ötən ilin mayında baş verən zəlzələdə qəzalı vəziyyətə düşdüyündən filial üçün yeni bina inşa edilir.