İctimai Televiziyada daha bir kadr dəyişikliyi

İctimai Televiziyada daha bir kadr dəyişikliyi baş verib. “Qafqazinfo”nun xəbərinə görə, İTV-yə yeni seçilən baş direktor Cəmil Quliyev bu dəfə televiziyanın Musiqi Departamentinin rəhbərini dəyişib.

2013-05-25 10:49:23
Maraqlıdır ki, bu dəfə də təyinat AzTV üzərindən gerçəkləşib. Belə ki, İTV-yə gətirilən Əsəd Məmmədov əvvəllər AzTV-nin Musiqi redaksiyasının baş redaktoru olub. O, AzTV-də Nadir Axundovun kadrı kimi tanınıb.

Bu vaxta kimi isə İTV-də musiqi departamentinin rəhbəri Natiq Abdullayev olub. O, mayın əvvələrində vəzifəsindən kənarlaşdırılıb.