İranda 5,1 bal gücündə zəlzələ baş verdi

Ölən və yaralananlar barədə məlumat yoxdur

2013-05-24 09:26:31
İranda 5,1 bal gücündə zəlzələ qeydə alınıb. “RİA Novosti”-nin xəbərinə görə, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb. Seysmoloqlar yeraltı təkanların episentrinin Gəraş şəhərindən 72 km cənub-qərbdə, yer səthinin 9,8 km dərinliyində qeydə alındığını açıqlayıblar. Ölən və yaralananlar barədə məlumat yoxdur.