Bu gün 3 rayonda qaz olmayacaq

Ağstafa, Ucar və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

2013-05-24 09:14:55
Ağstafa, Ucar və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, bu gün 24 may tarixində saat 09:00-dan 17:00-dək “Quba” Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 18:00-dək isə “Ağstafa” Avtomatik Qazpaylayıcı Stansiyasından və “Ucar” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonuna, Quba şəhərinə və Ucar şəhəri də daxil olmaqla rayonun Qarabörk, Rəstəcə, Gəraybəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.