Xəzərdə zəlzələ oldu

Təkanların maqnitudası 3.10 olub

2013-05-23 08:23:55
Xəzərdə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən xəbərə görə, zəlzələ bu gecə saat 02.50-də Xəzər dənizində, Nardarandan 164 km şərqdə, 3.10 maqnitudada, 61 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.