“Nida” fəalının şikayəti rədd edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin apelyasiya şikayətinə baxılıb. Bu barədə AzNews.az-a Hərəkatın mətbuat xidmətindən məlumat daxil olub.

2013-05-23 14:39:58
Məlumatda bildirilir ki, şikayət Ü.Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina edilməsi haqda Nəsimi Rayon Məhkəməsinin qərarından verilib.

Məhkəmə Ü.Məmmədlinin şikayətini rədd edib.

Qeyd edək ki, Ü.Məmmədli martın 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham olunur.



AzNews.az