Kəmaləddin Heydərovun oğlu Türkiyədə nazirlə görüşdü

Türkiyənin dövlət naziri Egemen Bağış Avropa Azərbaycan Cəmiyyətinin sədri, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovla görüşüb.

2013-05-23 12:52:40
Nazir Bağış bu barədə Tvitter hesabında yazıb və Tale Heydərovla fotosunu da paylaşıb.

O bildirib ki, Avropa Azərbaycan Cəmiyyətinin İstanbuldakı nümayəndəliyinin açılış mərasimində Tale Heydərov və qonaqlarıyla bərabər idik.