Gülər Əhmədova avqustun 8-nə qədər mətbuata qadağa qoyub

'Ən azı avqustun 8-nə qədər Gülər Əhmədova barəsində mətbuata məlumat verilməyəcək. Bu barədə onun özü bizə bildirib ki, haqqında jurnalistlərə heç bir məlumat verməyək. Biz də müvəkkilimizin istədiyi kimi hərəkət etməyə borcluyuq. Ona görə də media əhli bizdən inciməsin'.

2013-05-23 11:38:58
Bunu Teleqraf.com-a sabiq mllət vəkili Gülər Əhmədovanın vəkili Rafiq Məmmədov bildirib.

Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilən millət vəkili bu il fevralın 13-də həbs olunub.  

Mayın 8-də Səbayel rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar qəbul edib.  Vəkillərin qərardan Apellyasiyaya verdiyi şikayət təmin olunmayıb.

Həbs qətimkan tədbiri avqustun 8-də başa çatacaq.  

İttihamlar sübut olunsa, keçmiş millət vəkili əmlakı müsadirə olunmaqla 7 ildən 12  ilədək müddətə azadlıqdan məhrum edilə bilər.