Cəbhədəki monitorinq insidentsiz ötüşüb

ATƏT-in fakt araşdırıcı missiyasının cəbhə bölgəsində keçirdiyi monitorinq insidentsiz ötüşüb.

2013-05-23 12:48:10
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin şərqindəki təmas xəttində monitorinq keçirib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Mik Dolan keçiriblər.