Azərbaycanda çoxuşaqlı ailələrə dövlət tərəfindən mənzillər veriləcək

Azərbaycanda 3 və daha çox uşağı olan ailələr mənzil ilə təmin olunacaq, eyni zamanda xüsusi ipoteka şərtlərinə malik olacaqlar.

2013-05-23 14:52:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan Respublikası Prezident Administrasiyası və Nazirlər Kabineti tərəfindən hazırlanan xüsusi yeni “Çox uşaqlı ailələrə dövlət dəstəyinin təmin olunması haqqında” qanun layihəsində öz əksini tapıb.


Onun sözlərinə görə, o cümlədən qeyd olunan ailələrdəki valideynlər işlə bağlı dövlət qurumlarına müraciət etdikdə onların çox uşaqlı ailə statusu da rəsmi olaraq nəzərə alınacaq: “Bundan başqa 3 uşaqdan sonra doğulan uşaqlar üçün əlavə olaraq aylıq və birdəfəlik müavinətlər veriləcək ki, bu da minimum aylıq əmək haqqının 12 mislini təşkil edəcək”.