ABŞ səfiri müxalifət liderlərinə qadağa qoydu

Bu gün ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla müxalifət liderlərinin qapalı görüşü keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə müzakirə olunan məsələlərlə bağlı səfir siyasətçilərə mətbuata açıqlama verməməyi tapşırıb.

2013-05-23 14:56:20
Görüşdə iştirak edən deputat, Vənətdaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı  Modern.az-a açıqlamasında bildirib ki, ümumi razılaşmaya əsasən səfirlik özü mətbuata məlumat yayacaq.

“Razılaşdıq ki, mətbuata açıqlama verməyək. Kişi kimi söz vermişik, indi durub danışa da bilmərik axı”.

Ehtimallara görə qapalı görüşdə Milli Şura məsələsinin müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, görüşdə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli, “El” Hərəkatının sədri Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP sədri Sabir Rüstəmxanlı, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, REAL Hərəkatının sədr müavini Erkin Qədirli iştirak ediblər.