54 gün komada olan əsgər həyatını itirdi

Bu il martın 30-da əsgər yoldaşı Samir Əliyev tərəfindən açılan atəş nəticəsində başından güllə yarası alan əsgər 54 gün komada qaldıqdan sonra həyatını itiridi.

2013-05-23 10:58:14
Məlumata görə, Toğrul Abdulzadənin vəziyyəti son 3 gündə kəskin ağırlaşıb. Həkimlərin dediyinə görə, əsgərin beyinlə rabitəsi kəsilmişdi və onun yaşayacağına ümid yox idi.  
 
Xatırladaq ki, Toğrul Abdulzadə Gəncə hospitalında qaldıqdan sonra aprelin 5-də Bakıya gətirilib.
 
Onu güllələyən Samir Əliyev və başqa iki əsgər həbs olunub. Hadisəni törədən əsgər ilkin izahatında Toğrulu öldürmək məqsədi ilə vurduğunu deyib.