Ruslar XX əsrin liderini seçdi

Sosioloqlar rusiyalıların ötən əsrin siyasətçilərinə münasibətini öyrənib.

2013-05-22 14:40:37
Teleqraf.com-un xəbərinə görə, keçirilən sorğu nəticəsində SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid Brejnevin  "ən yaxşı ölkə başçısı" olduğu ortaya çıxıb. "Levada-Çentr"in müvafiq sorğusu zamanı respodentlərin 56 faizi Brejnevin adını qeyd edib.

Sonrakı yerlərdə Vladimir Lenin və Nikita Xruşşov gəlir. Hətta Stalin də (50 faiz) pozitiv qiymət alıb. Stalin hakimiyyəti müharibədə qələbə, Berejnev hakimiyyəti isə insanların firavan yaşamasına görə müsbət dəyərləndirilib.  

Rusiyalı hökmdarlardan yalnız Mixail Qorbaçov və Boris Yeltsinə münasibətin mənfi olduğu ortaya çıxıb. Bu onunla izah edilir ki,  Qorbaçovun hakimiyyəti SSRİ-nin çökməsi, Yeltsinin islahatları isə qiymətlərin artması və müəssisələrin bağlanması ilə nəticələnib.
 
Mərkəzin sorğusuna görə, hazırkı prezident Putinin fəaliyyətini rusiyalıların 63 faiuzi müsbət, 37 faizi isə mənfi dəyərləndirir.