Qənirə Paşayeva Kaliforniyada “Anadolu Festivalına“ qatılıb

Millət vəkili Qənirə Paşayeva Kaliforniyada 'Anadolu Festivalına'(Anatolian Festival) qatılıb və Kaliforniyadakı türk diasporları ilə görüşüb.

2013-05-22 14:45:05
Millət vəkilinin seçki qərargahından Teleqraf.com-a daxil olan məlumata görə, ABŞ-nın Kaliforniya ştatının Los Ancelos şəhərində bu il 4-cü Anadolu Mədəniyyətləri və Yemək Festivalında (Anatolian Cultures and Food Festival) iştirak edən millət vəkili növbəti festival çərçivəsində bu önəmli tədbirdə gələcəkdə bütün türk xalqlarının təmsil olunmasının önəm və vacibliyini xüsusi vurğulayıb.

Türk mədəniyyətinin təbliği və daha da yaxından tanıdılmasında rol oynayan və on minlərlə Amerikalının iştirak etdiyi bu cür festivalların ABŞ-da keçirilməsinin önəmini xüsusi vurğulayan  Q.Paşayeva bu kimi tədbirlərin çoxalmasının vacibliyini də qeyd edib.

Millət vəkili festival çərçivəsində Kaliforniyada fəaliyyət göstərən türk diaspor təşkilatları ilə də görüşüb. O, görüş zamanı bildririb ki, dünyanın hər yerində, o cümlədən Kaliforniyada, ABŞ-da yaşayan türk kökənli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

Festivalda “Çağ” Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, Gaye Vəqfi başqanı, Dialog Avrasiya Platformu və Dərgisinin Azərbaycan təmsilçisi Mustafa Saatci və Azərbaycanın bir sıra ziyalılar, elm adamları və iş adamları da iştirak ediblər.