Əbiyevin adını siyahıdan kim silib?

Azərbaycan hökumətinin üzvləri bölgələrdə səyyar qəbullar keçirir. Bu qəbullar may ayının əvvəlindən başlayıb.

2013-05-22 08:39:51
Səyyar qəbulların keçiriləcəyi bölgələrdə vətəndaşlar arzu və şikayətlərini birbaşa icra hakimiyyəti orqanları rəhbərlərinə, nazirlərə çatdırmaq imkanı əldə edirlər. 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli də müəyyən olunub. “Yeni Müsavat”a daxil olan məlumata görə, siyahı müəyyən olunarkən müdafiə naziri Səfər Əbiyevin də adı vətəndaşları qəbul edəcək səlahiyyət sahiblərinin sırasında olub.

Amma sonradan S.Əbiyevin adı siyahıdan çıxarılıb. Bunun səbəbi haqda məlumat verilməyib. Ehtimallar var ki, S.Əbiyevin adının siyahıdan çıxarılması onun xidmət zamanı ölmüş əsgərlərin valideynləri qarşısında xoşagəlməz duruma düşməməsindən dolayı atılmış addımdır.

Məsələyə aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. İsrarlı zənglərimiz cavabsız qaldı. Bununla belə, Müdafiə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, hökumətdə təmsil olunan nazir və komitə sədrlərinin vətəndaşları qəbul edəcəkləri gün və məkan belə müəyyən olunub.