Telekanallar yenə tənqid olundu

“Televiziyalarda nümayiş olunan seriallar bizi cəlb etmir. İstər aktyor, istərsə də mövzu seçimi baxımından bayağılıq hiss olunur'.

2013-05-21 15:07:31
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri həmçinin mövcud problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən serialların çəkilişinə ayrılan vəsaitin xərclənməsi ilə bağlı açıq müzakirələrin keçiriləcəyini bildirib: "Biz istədik ki, bu mövzu ilə bağlı müzakirələri açıq keçirək. Mövcud problemləri müzakirə edək və həlli yollarını birlikdə tapaq. Prezident tərəfindən televizayalara maliyyə ayırılıb, bu vəsait serialların inkişafına xidmət etməlidir. Vəsaitin seriallara ayrılması bazar iqtisadiyyatının tələbi idi. Televiziya kanallarında artıq 20-30-a qədər serial çəkilir və müəyyən uğurlar da sezirik. Amma tam uğurlardan danışmaq olmaz. Serialları bizi özünə cəlb edə bilmir, bayağılıq hiss olunur. Dövlət maliyyəni dəstək üçün ayırır. Məni düşündürən problemlərdən biri də kinoprodakşnların çoxluğudur. Bu qədər prodakşn var, amma niyə yaxşı kinolar çəkilmir? Hərə bir prodakşın yaradıb bu sahəyə gəlməməlidir. Təxminən 40-a yaxın prodakşın var. Bu keyfiyyət baxımından müəyyən suallar doğurur".

N. Məhərrəmli həmçinin serial çəkilişində həvəskarların yox, peşıəkarların çalışmalı olduğunu bildirib. Şura sədri ayrılan vəsaitin xərclənməsinin də ciddi problem olduğunu bildirib.

***
Nuşirəvan Məhərrəmli qeyd edib ki, prodakşnlar tərəfindən serial şəkilişinə qeyri-ciddi münasibət var. Biz bunu görürük”.

Onun sözlərinəı görə, prodakşnlar bu vaxta qədər məıhsul ortaya qoysa idilər,indi bizim əlavə vəsait ayırmağa ehtiyac qalmazdı.

“Prodakşnlar yaxşı məhsul hazırlasalar, TV rəhbərləri onları qəbul edəcək.

Biz serial çəkən prodakşnlara vəsait ayırmağa maraqlıyıq. Prodakşların dövlət vəsait ayrımadan əvvəl bu sahəyə maraq göstərmələri müsbət haldır".

Şura sədri onu da bildirib ki,bu gün seriallarda supermarketlər, maşınlar bayağı şəkildə reklam edilir. Bəzən siqaret çəkilir, maşınlarda kəmərlər bağlanmadan istifadə edilir. Bir sözlə etik qaydalar pozulur. Bu məsələlərə də diqqət artırılmalıdır"