Qasırğa Oklahomanı dağıtdı

ABŞ-ın Oklahoma ştatında baş vermiş qasırğa 51 nəfərin həyatına son qoyub.

2013-05-21 08:26:16
APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. Həlak olanlar arasında 7 uşaq da var.

Rəsmilərin fikrincə, həlak olanların sayı arta bilər. Ən azı 120 nəfər yaralı vəziyyətdə xəstəxanalara çatdırılıb. Mur şəhərində daha ciddi dağıntılar olub. Şəhərdə bütöv məhəllələr məhv olub.

Qasırğa zamanı küləyin sürəti saatda 320 kilometrə çatıb.