Prezident Türkiyənin təhsil naziri ilə görüşüb

Görüşdə ölkələr arasında mövcud olan sıx əməkdaşlıq əlaqələri müzakirə olunub

2013-05-21 16:42:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTac-ın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qəti əminlik ifadə olunub ki, ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.

Görüşdə Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.