Dövlət Departamenti dinə qarşı hücumlardan narahatlıq ifadə edib

ABŞ Dövlət departamenti dünyada dini azadlıq barədə hesabat dərc edib.

2013-05-21 08:25:05
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hesabatda Avropa və Asiyada islam əleyhinə əhval-ruhiyyənin artmasından narahatlıq ifadə olunub. Diplomatların sözlərinə görə, söhbət dini geyimlərə qoyulan hökumət qadağalarından, müsəlmanların gündəlik həyatına, məişətinə edilən müdaxilələrdən gedir.

Hesabatda Çin, KXDR və Birmadakı vəziyyətin xüsusilə həyəcanverici olduğu vurğulanıb.

Bundan əlavə, sənədin müəllifləri Misir, İran və Venesuelada antisemitizmin artdığını qeyd ediblər.