Daha bir prezidentdən “Eurovision” açıqlaması

“Lukaşenko Belarus təmsilçisinə bir bal belə verməyən Rusiyadan gileylənib”

2013-05-21 15:59:37
Belarus prezidenti Aleksandr Lukaşenko “Evrovision” mahnı yarışmasını siyasiləşməkdə və saxtalaşmaqda ittiham edib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, dövlət başçısı gənclərlə görüşündə bununla bağlı çıxış edib. Görüşə ölkəni builki “Evrovision” müsabiqəsində təmsil edən Alena Lanskaya da qatılıb. Lukaşenko Belarus təmsilçisinə bir bal belə verməyən Rusiyadan gileylənib:

“Alena mən Rusiyada səsvermənin nəticəsinə reaksiyanı bilirəm. Öz hesabına az deyil, 12 bal yaza bilərsən”.

Lukaşenko həmçinin danimarkalı Emmili de Forestin birinciliyini qəbul etmədiyini açıqlayıb: “Doğrudan da o, çox yaxşı idi və nömrəsi də gözəl idi. Lakin bizim qızımız da ondan az gözəl deyildi. Buna görə də səsvermənin nəticələrinə sakit yanaşmağı təklif edirəm”.

Xatırladaq ki, Belarus təmsilçisi müsabiqədə 16-cı yerdə qərarlaşmışdı.