Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza baş verib.

2013-05-21 08:28:00
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb . Qəza zamanı Samir Hüseynovun idarə etdiyi “31-BD-842” dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil, Səttar Abdullayevin idarə etdiyi “55-BK-109” dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil və Rabil İsayevin idarə etdiyi “10-OA-069” dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillər toqquşub.
 
Qəza zamanı xəsarət alan olmayıb.
 
Yol qəzasının baş vermə səbəbi araşdırılır.