Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi

Respublikadan kənara və ölkə daxilində hərəkət edən sərnişin qatarlarının yeni hərəkət cədvəlləri açıqlanıb

2013-05-21 08:16:21
Bu il mayın 26-dan etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin respublikadan kənara və respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək.

Cəmiyyətin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, belə ki, 55/56 saylı Bakı-Moskva sürət qatarı - həftədə bir dəfə “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə Bakıdan III günlər saat 21-55-də yola düşəcək. Qatar Kurskaya (Moskva) stansiyasına həftənin VI günlər saat 4-15-də çatıb və həmin gün saat 16-49-da yola düşəcək.

Vaqonlar təmirdən qayıtdıqdan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə ikinji qatar Bakıdan həftənin VII günləri yola duşəcək.

95/96 saylı Bakı-Moskva sürət qatarı - həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan həftənin I və V günləri saat 21-55-də yola düşəcək.

Qatar Kurskaya stansiyasıa (Moskva) həftənin I, IV günləri saat 4-15-də çatacaq. Moskvadan qatar həftənin II, V günləri saat 16-49-da yola düşəcək.

369/370 saylı Bakı-Xarkov sərnişin qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

373/374 saylı Bakı-Tümen sərnişin qatarı Rusiya Dəmir Yollarına məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu hərəkət edəcəklər.

391/392 saylı Bakı-Rostov sərnişin qatarı Şimali Qafqaz Dəmir yoluna məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcək.

96/97 saylı Bakı-Ağstafa qatarı yeni hərəkət cədvəlində yeni 98/97 nömrə ilə hərəkət edəcək. Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.