Azərbaycana dünyanın 16 futbol yığması gələcək

Trend-in məlumatına görə, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka - Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.

2012-06-27 12:13:07



FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ə vəsiqə qazanan son ölkələr müəyyənləşib.

Trend-in məlumatına görə, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka - Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.
Xatırladaq ki, startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçılarının siyahısını diqqətinizə çatdırırıq: Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa.